Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qalatasaray” keçmiş oyunçusunu geri qaytardı



"Qalatasaray” heyətini yeni futbolçu cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi İngiltərənin "Stok Siti” klubunun yarımmüdafiəçisi Badu Ndiayeni heyətinə qatıb.

1 illik icarəyə götürülən futbolçu üçün "Qalatasaray” "Stok Siti”yə 750 min avro icarə haqqı ödəyəcək.

Ndiaye özü isə yeni komandasında ilinə bütövlükdə 2 milyon 700 min avro qazanacaq.

Qeyd edək ki, bu, Ndiayenin "Qalatasaray”a ikinci gəlişidi. O, 2017/18 mövsümünün ilk dövrəsində də bu komandanın uğurları üçün çalışıb. "Qalatasaray”dan ayrılandan bəri isə o, "Stok Siti”də çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş