Əsas Səhifə > Digər > "Qalatasaray” keçmiş oyunçusunu geri qaytardı
"Qalatasaray” keçmiş oyunçusunu geri qaytardı29-08-2018, 11:23 |
"Qalatasaray” heyətini yeni futbolçu cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi İngiltərənin "Stok Siti” klubunun yarımmüdafiəçisi Badu Ndiayeni heyətinə qatıb. 1 illik icarəyə götürülən futbolçu üçün "Qalatasaray” "Stok Siti”yə 750 min avro icarə haqqı ödəyəcək. Ndiaye özü isə yeni komandasında ilinə bütövlükdə 2 milyon 700 min avro qazanacaq. Qeyd edək ki, bu, Ndiayenin "Qalatasaray”a ikinci gəlişidi. O, 2017/18 mövsümünün ilk dövrəsində də bu komandanın uğurları üçün çalışıb. "Qalatasaray”dan ayrılandan bəri isə o, "Stok Siti”də çıxış edir. Geri qayıt |