Yannik Bolasi İngiltərə qalacaq
Adı tez-tez türk klubları ilə hallandırılan Yannik Bolasi İngiltərədən ayrılmayacaq.
Futbolçunun Çempionşip komandalarından olan "Aston Villa" ilə anlaşdığı iddia edilib. Teo Uolkott, Riçarlison və Bernard kimi futbolçuların varlığından sonra "Everton"da ehtiyatda oturmaq istəməyən konqolu futbolçu icarə əsasında "Aston Villa"da oynayacaq.
Bir neçə gün öncə "Sky Sport" Bolasinin "Middlsbro" ilə anlaşdığını yazmışdı.
29 yaşlı futbolçu indiyəcən ingiltərə Premyer Liqasında meydana çıxdığı 119 matçda 11 qola, 23 məhsuldar ötürməyə imza atıb.
Facebook-da paylaş