Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fellaini "Mançester Yunayted"də qaldı

Fellaini "Mançester Yunayted"də qaldı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini klubunda qalıb. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, belçikalı futbolçu “qırmızı şeytanlar”la yeni ikiillik müqaviləyə imza atıb.

Sazişin şərtlərinə əsasən, Fellaini həftəsinə 100 min funt-sterlinqdən artıq məvacib alacaq. 30 yaşlı futbolçu daha öncə yekun qərarını iyulun 1-də açıqlayacağını demişdi.

Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 16 matçda meydana çıxan Maruan Fellaini 4 qolla yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş