Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qrizmann hələ qərarsızdı



“Atletiko”nun hücumçusu Antuan Qrizmannın gələcəyi hamıda maraq doğurur. BrendSport.az saytının goal.com-a istinadən məlumatına görə, fransız futbolçu karyerasını harda davam etdirəcəyinə dair yekun qərarının nə zaman bəlli olacağını açıqlayıb.

“Hər şey dünya çempionatının startına qədər bəlli olacaq” – deyə, Qrizmann bildirib.

“Barselona” Qrizmannla yaxından maraqlanır. “Atletiko” isə 27 yaşlı futbolçuya katalon klubundan daha çox məvacib – 25 milyon avro – təklif etməyə hazırdı.

Qeyd edək ki, geridə qalan mövsümdə La Liqada 32 matçda meydana çıxan Antuan Qrizmann 19 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş