Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azar son qərarını verdi



Yay transfer dönəmində adı "Real"la hallanan, hətta ispan klubuna keçməyə yaxın olduğu və tərəflərin transfer məsələsində razılaşdırıldığı bildirilən "Çelsi" və Belçika yığmasının ulduzu Eden Azar bütün bunlara son qoyub.

İngiltərə Premyer Liqasında "Arsenal"ı 3:2 hesabı ilə məğlub etdikləri matçın ardından Azar karyerası ilə bağlı fikirlərini bildirib. 27 yaşlı yarımmüdafiəçi "Son dönəmdə "Çelsi"dəki gələcəyimlə əlaqədar çox şey söyləndi. Ancaq mən burda xoşbəxtəm və klubla qarşıdakı 2 il üçün müqaviləm var. Daha sonra nə olacağını görəcəyik. Amma bu yay komandadan ayrılmağım gündəmdə deyil. Bu saatdan sonra "Çelsi"nin mənimlə yolları ayırması bir qədər qəribə olar, çünki indidən sonra yerimə heç kimi ala bilməzlər. Bu gün bir daha komandada olduğuma görə azarkeşlərin xoşbəxt olduğunu gördüm. Mən də bu komanda ilə xoşbəxtəm" sözlərini işlədib.

DÇ-2018-də Belçikanın heyətində dünya 3-cüsü olan futbolçunun uzun müddətdi "Real"da Kristiano Ronaldonun boşluğunu doldurması üçün ispan klubuna transfer olacağı bildirilirdi. Yeni baş məşqçi Maurizio Sarri ilk İngiltərə Premyer Liqasında iki turda Azarı ehtiyatdan meydana buraxsa da futbolçu artıq iki məhsuldar ötürməyə müəlliflik edib.


Facebook-da paylaş

Xəbəri paylaş