Yeniyetmələr arasında sərbəst güləş üzrə turnir keçirilib
Şamaxı Olimpiya Mərkəzində Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məhəmməd Qiyas oğlu Şərifovun 70 illik yubileyinə həsr olunmuş 14-15 iyul 2018-ci il tarixində 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə turnir keçirilib.
Yarışda Bakı şəhərinin Qaradağ rayonu, Abşeron, Sabirabad və Şamaxı rayon komandaları üzrə 120 nəfər gənc idmançılar iştirak edib.
Turniri Şamaxı rayon Gənclər və İdman idarəsini rəisi Şahmar Hüseynov açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məhəmməd Şərifova verdi.
M.Şərifov nailliyətlərindən yarış iştirakçılarına qısa da olsa məruzə edib. M.Şərifovin çıxışından sonra yarışa başlanıb.
Yarışda I, II və III yerləri tutmuş idmançılara Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplomları təltif olunub.
Alxas Məmmədov
Facebook-da paylaş