CNN-dən Salah haqqında şok iddia
Məhəmməd Salah lideri olduğu Misir millisini tərk etmək niyyətindədir.
Bu sensasiyalı məlumatı CNN telekanalı futbolçunun yaxın ətrafına istinadən yayıb. Bildirilib ki, Salahın belə bir qərar verməsi millinin DÇ-2018 üçün məskunlaşdığı Çeçenistanda üzləşdiyi hadisədir.
Məlumata görə, prezident Ramzan Kadırovun futbolçuya Çeçenistanın fəxri vətəndaşı adı verməsi və bununla bağlı keçirilən mərasimdən sonra Salah narahat olmağa başlayıb. “Məhəmməd hesab edir ki, ondan siyasi məqsədlər üçün istifadə ediblər. O düşünür ki, bu hadisə onun imicinə zərər vurur” – deyə CNN bildirib.
Daha öncə yayılan xəbərlərə görə, Salah Misir Futbol Federasiyası rəhbərliyi ilə aralarındakı münaqişə səbəbindən qrupda Səudiyyə Ərəbistanına qarşı keçiriləcək son matçdan imtina edib. İddia edilir ki, o, komandanın yerləşdiyi otelə iş adamları, artist və şou-biznes ulduzlarının gətirilməsindən narazı qalıb. Salahın fikrincə, onların otelə gələrək futbolçularla görüşünə şərait yaradılması komandanın oyunlara lazımi səviyyədə hazırlaşmasına mane olub.
Facebook-da paylaş