Salah haqqında son açıqlama
Misir Futbol Federasiyasının prezidenti Xani Abo Rida millinin zədəli hücumçusu Məhəmməd Salahla bağlı açıqlama verib.
Xarici KİV-nin yaydığı xəbərə görə, o deyib ki, 25 yaşlı futbolçu böyük ehtimalla Uruqvaya qarşı iyunun 15-i DÇ-2028-in qrup mərhələsində keçiriləcək ilk matçı buraxacaq. X.A.Rida Salahın Rusiya ilə oyuna kimi hazır olacağını bildirib.
Qeyd edək ki, Rusiya - Misir görüşü iyunun 19-u keçiriləcək.
Xatırladaq ki, "Liverpul"un hücumçusu M.Salah Çempionlar Liqasının finalında "Real"la matçda zədələnib.
Facebook-da paylaş