"Bakıdakı dünya çempionatı ən yaxşı mundiallardan biridir"
“Azərbaycanda olmaqdan çox məmnunam. Bakıdakı dünya çempionatı yüksək səviyyədə təşkil edilən mükəmməl idman yarışı oldu. Mən bir çox dünya çempionatlarında olmuşam. Deyə bilərəm ki, Bakı yarışı gördüyüm ən gözəl çempionatlardan biri idi”.
BrendSport.az saytı xəbər verir ki, bu sözləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) BMX komissiyasının sədri və İttifaqın İdarə Heyətinin üzvü Artur Lopes qaliblərin mükafatlandırma mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
“Çempionat çox yüksək səviyyədə keçdi. Bu, Beynəlxalq Velosipedçilər İttifaqı üçün ən böyük nailiyyətlərdən biridir. Biz Bakıya yenidən qayıtmaq istərdik” - deyən Artur Lopes yarışla bağlı danışarkən qeyd edib ki, beşgünlük mundial ərzində yalnız bir gün hava şəraiti ilə əlaqədar çətinlik yarandı. Lakin ortaya çıxan çətinlik növbəti gün peşəkarlıqla aradan qaldırıldı.
UCI rəsmisi BMX üzrə dünya çempionatının yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan dövlətinə və təşkilatçılara təşəkkürünü belə ifadə edib: “Biz bu çempionatın böyük uğurla keçdiyinin şahidi olduq. Təşəkkürlər, Azərbaycan! Təşəkkürlər, Bakı!”.
Facebook-da paylaş