Moskva halqasında ilk fəxri kürsü
Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturu start götürüb. 23 komandanın mübarizə apardığı yarışda kontinental velosiped komandamız “Synergy Baku” 6 idmançı ilə təmsil olunur.
BrendSport.az saytı xəbər verir ki, Rusiya paytaxtına Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə yollanan komanda üzvərimizdən 1-ci mərhələdə ən yüksək nəticəyə Kiril imza atıb – o, 156,8 km məsafəni 3-cü sırada tamamlayıb.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.
Facebook-da paylaş