“Synergy Baku”dan Türkiyədə daha bir uğur
Ölkəmizin “Synergy Baku” kontinental velosiped komandası Türkiyədə keçirilən “Tour of Mersin” yarışına uğurla başlayıb. Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 4 günlük yarışının ilk mərhələsi Azərbaycanın Elit yığması və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə başa çatıb.
BrendSport.az saytı xəbər verir ki, 123 km məsafəni hamıdan tez başa vurmaqla finiş xəttini 1-ci keçən təmsilçimiz bununla həm də ümumi təsnifatda liderliyi ələ keçirib. Mərhələ qalibiyyəti həmçinin velosipedçimizə 7 reytinq xalı da qazandırıb.
Sabah keçiriləcək 2-ci mərhələdə velosipedçilər 164,4 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” “Tour of Mersin” yarışında Elçin Əsədov, Kərim Şirəliyev, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Telman Vəliyev, Musa Mikayılzadə və Kənan Qəhrəmanlı ilə təmsil olunur.
Xatırlatmaq yerinə düşər ki, Kiril Pozdnyakov bu ilin fevralında Türkiyədə keçirilən birgünlük Alanya Qran-Prisində də qələbə sevinci yaşamışdı.
Facebook-da paylaş