Taekvondo üzrə qırmızı kəmər sahibi
Baloğlan Siracov 1996-cı ildə anadan olub. Şamaxı şəhər 2 saylı tam orta məktəbin məzunudur. Orta məktəbi bitirəndən sonra peşə məktəbinə daxil olub və sürücülük fakültəsini bitirib.
Taekvondo idman növü üzrə qırmızı kəmər sahibidir. Bir necə rayon və respublika yarışlarının qalibidir. 1 ildir ki, Dövlət Sərhəd Xidmətinin çevik hərəkət briqadasının əsgəridir.
- Baloğlan əsgəri xidmətin necə kecir?
- Əsgərlik bir kişilik məktəbidir. Biz də bu məktəbə daxil olub 1 il 6 aydan sonra cəmiyyətə qaydırıq. Fəxrlə deyə bilərəm ki, Sərhəd Qoşunlarının əsgəriyəm. Burada peşəkar zabit heyətimiz var. Çox qayğıkeş insandırlar.
- Orduda idmana olan münasibət necədi?
- İdman və əsgərlik demək olar ki, eyni anlayışdır. Burada çevik, güclü olmaq həyat məsələsidir. Qacmaq, dartınmaq və bu kimi bir çox idman hərəkətləri əsgərin daim etdikləri arasındadır. Biz bu vətənin sərhədlərini qorumağa hər an hazırıq.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbsi
Facebook-da paylaş