Fransa klubu yeni təyin etdiyi baş məşqçini qova bilər
Fransanın "Lion" klubu baş məşqçisi Fabio Qrosso ilə yollarını ayıra bilər.
BrendSport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin rəhbərliyi 45 yaşlı mütəxəssisə ultimatum verib.
Komanda çempionatın növbəti iki oyunundan birində qalib gəlməsə, onunla müqaviləyə xitam veriləcək.
Qrosso sentyabrın 16-da baş məşqçi təyin olunmuşdu.
Qeyd edək ki, "Lion" 9 turdan sonra 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. Komanda oktyabrın 29-da "Marsel"in qonağı olacaq.
Facebook-da paylaş