Neymar millinin oyununda zədələnib
Braziliya millisinin futbolçusu Neymar zədələnib.
BrendSport.az xəbər verir ki, 31 yaşlı hücumçu Uruqvaya qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyununda dizindən xəsarət alıb.
Təcrübəli forvard 45+4-cü dəqiqədə əvəzlənib və meydanı göz yaşları ilə tərk edib.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən oyunçunun zədəsinin ciddi olduğu ehtimal edilir.
Qeyd edək ki, qarşılaşma "sambaçılar"ın 0:2 hesablı məğlubiyyəti ilə bitib.
Facebook-da paylaş