Əsas Səhifə > Digər > Neymar millinin oyununda zədələnib
Neymar millinin oyununda zədələnib18-10-2023, 10:35 |
Braziliya millisinin futbolçusu Neymar zədələnib. BrendSport.az xəbər verir ki, 31 yaşlı hücumçu Uruqvaya qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyununda dizindən xəsarət alıb. Təcrübəli forvard 45+4-cü dəqiqədə əvəzlənib və meydanı göz yaşları ilə tərk edib. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən oyunçunun zədəsinin ciddi olduğu ehtimal edilir. Qeyd edək ki, qarşılaşma "sambaçılar"ın 0:2 hesablı məğlubiyyəti ilə bitib. Geri qayıt |