Atıcılıq üzrə dünya çempionu: “Yenidən Bakıda olmaqdan məmnunam”
“Yenidən Bakıda olmaqdan məmnunam”
BrendSport.az xəbər verir ki, bunu Bakıda kişilər arasında təşkil edilən dünya çempionatında stend atıcılığının səngər növündə qızıl medal qazanan xorvatiyalı Covanni Çernoqoras deyib.
O, bu uğur sayəsində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etdiyi üçün sevincli olduğunu gizlətməyib: “Olimpiadaya lisenziya qazanmaq üçün bütün diqqətimi finala yönəltmişdim. Cədvələ baxmırdım. Ancaq komanda yoldaşlarımın səsindən başa düşdüm ki, öndəyəm, qalib gələcəyəm. Çox şadam ki, kolleksiyama dünya çempionatının ilk qızıl medalını əlavə etdim”.
C.Çernoqoras ilk dəfə 2017-ci ildə Avropa çempionatında iştirak etmək üçün Bakıya gəldiyini xatırladıb: “Həmin vaxt fərdi yarışda bürünc, komanda olaraq isə gümüş medal qazanmışdıq. Bura dünyanın ən yaxşı atıcılıq mərkəzlərindən biridir”.
Qeyd edək ki, yarışda slovakiyalı Marian Kovakosi ikinci, küveytli Xaled Almudhaf isə üçüncü yeri tutub. Hər üç atıcı olimpiadaya lisenziya qazanıb.
Facebook-da paylaş