Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın potensial rəqiblərinin ilk duelində 8 qol vurulub



"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri olan Kipr "Aris"i və Belarus BATE-si II raundda ilk oyunlarını keçiriblər.

BrendSport.az
xəbər verir ki, Limasolda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 6:2.

"Aris"dən qolları Yannis Qomis (2), Leo Benqtsson, Sidi Bane (avtoqol), Ceyden Montnor və Mariuş Stepinski (penalti) vurublar. Qonaqlardan isə Artyom Kontsevoy və Ruslan Xadarkeviç fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan) duelinin güclüsü ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş