Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edəcək
İyulun 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında budo döyüş növləri üzrə "Baku Open” beynəlxalq turniri keçiriləcək. Baş İdarədən BrendSport.az -a bildiriblər ki, turnirdə Azərbaycan, Pakistan, Əfqanıstan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək.
Yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparılacaq. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.
Facebook-da paylaş