Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paytaxtımızda növbəti beynəlxalq turnir

Paytaxtımızda növbəti beynəlxalq turnir

Sentyabr 28-dən 30-dək Azərbaycan Milli Karate Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu "Baku Open” beynəlxalq karate turniri keçiriləcək.

Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında yarışlarda Azərbaycan, Rusiya, İran, Türkiyə, İsveçrə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Fransa, Belarus, Gürcüstan və Ukraynadan yüzlərlə idmançı qüvvəsini sınayacaq.

Həmçinin beynəlxalq turnirə bir sıra ölkələrin karate federasiyalarının rəhbər və rəsmiləri, o cümlədən keçmiş SSRİ-nin tanınmış karateçiləri, aktyorlar və kaskadyorlar da fəxri qonaq və yarış iştirakçısı kimi dəvət olunublar.

Turnirin açılış mərasimi sentyabrın 29-da saat 17:00-da keçiriləcək. Mərasimdə Azərbaycanın idman elitasının nümayəndələri iştirak edəcəklər.

Yarışdan bir gün əvvəl isə saat 18:00-da beş qat dünya və on iki dəfə Avropa çempionu, dünyanın ən titullu karateçisi Rafael Ağayevin beynəlxalq seminarı təşkil olunacaq. Seminarda veteran karate ulduzları da bacarıqlarını nümayiş etdirəcəklər. Keçmiş SSRİ dövründə karatenin yaranmasının 40 illik yubileyinə həsr olunmuş turnirə Rusiyanın tanınmış "Боец” döyüş idman növləri telekanalının çəkiliş qrupu da dəvət olunub.

Beynəlxalq turnirin əsasnaməsinə görə, sentyabrın 27-də mandat komissiyası qeydiyyat və çəki dərəcələrində idmançılara nəzarət işləri ilə məşğul olacaq. Həmçinin hakimlər və məşqçilərin brifinqi və yarışın püşkatması keçiriləcək. Turniri 50-dək milli və beynəlxalq dərəcəli hakim idarə edəcək.

Sentyabrın 28-də fərdi kata və fərdi kumite yarışlarına 6-7, 9-11 və 12-13 yaşlı oğlan və qızlar qatılacaqlar.

Sentyabrın 29-da yeniyetmə, gənc və veteranların kata çıxışları, həmçinin kumitedə 14-15 yaşlı yeniyetmə oğlanlar və qızlar qüvvələrini sınayacaqlar. Tatamiyə, həmçinin 16-17 yaşlı yeniyetmələr çıxacaqlar.

Veteran kişilər və qadınlar arasında da (35-45 və 46-55 yaş qrupu) yarışlar keçiriləcək.

Turnirin son günündə isə böyüklər (kişilər 60, 67, 75, 84 və +84 kq, qadınlar 50, 55, 61, 68 və +68 kq çəkilər) mübarizəyə qoşulacaqlar. Fərdi kata çıxışlarından sonra fərdi kumite yarışları da olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş