Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yanvarın 13-14-də karate üzrə ikinci "Arpaçay Open" beynəlxalq turniri keçiriləcək



Yanvarın 13-14-də Bakıda Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ikinci "Arpaçay Open" beynəlxalq turniri keçiriləcək.

Turnirdən bir gün əvvəl beşqat dünya və 13 dəfə Avropa çempionu Rafael Ağayevin iştirakı ilə Azərbaycanda ilk beynəlxalq seminar da təşkil ediləcək.

Hər iki idman tədbiri Bakı İdman Sarayında olacaq. Yarışlarda 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaqlar. Yanvarın 13-də 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15 və 16-17 yaşlı idmançılar tatami üzərinə çıxacaqlar.

Turnirdə fərdi kata və kumite yarışlarından əlavə, kumite üzrə komanda çıxışları da nəzərdə tutulur.

Azərtac


Facebook-da paylaş

Xəbəri paylaş