“Qarabağ” ilk “100-lük”də - UEFA açıqladı
UEFA 1955-ci ildən indiyə qədər futbol üzrə Çempionlar Liqasında çıxış etmiş bütün klubların reytinq cədvəlini açıqlayıb.
BrendSport.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan təmsilçisi “Qarabağ”ın da adı var.
ÇL-in 63 illik tarixi ərzində 4-ü təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 5 dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparan Ağdam təmsilçisi 33 xalla 100-cü pillədə qərarlaşıb.
Çempionlar Liqasında 30 oyun keçirən “Qarabağ” bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib. Qurban Qurbanovun komandası 8 görüşdə isə məğlub olub.
Azərbaycanın digər klubları - “Neftçi” 167-ci, "Bakı" 265-ci, "Keşlə" 290-cı, "Şəmkir" 389-cu, "Kəpəz" 390-cı, "Xəzər Lənkəran" isə 415-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 590 xalla "Real” başçılıq edir. “Bavariya" 462 xalla ikinci, İspaniyanın digər klubu "Barselona" isə 427 xalla 3-cü yerdədir.
Siyahıda ümumilikdə 513 komanda yer alıb.
Facebook-da paylaş