Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniya klubları “Qarabağ”ı sıxışdırır



Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının 4, Avropa Liqasının 8 görüşü cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Avropanın 442 komandasının yer aldığı siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son 5 mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabarğ” 3 pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.

Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Buna İspaniyanın avrokuboklardakı uğurlu çıxışı səbəb olub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.

Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. “Qəbələ” aktivindəki 5,250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubu - “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-256-cı yeri bölən komandalar arasındadı.

Qeyd edək ki, siyahıya 153,000 xala malik “Real” başçılıq edir. 2-ci pillənin sahibi isə dəyişib. “Atletiko” “Bavariya” və “Barselona”nı arxada qoyub.

İlk “onluq”

1. “Real” (İspaniya) – 153,000

2. “Atletiko” (İspaniya) – 128,000

3-4. “Barselona” (İspaniya) – 127,000

“Bavariya” (Almaniya) – 127,000

5. “Yuventus” (İtaliya) – 124,000

6-7. PSJ (Fransa) – 109,000

“Sevilya” (İspaniya) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 100,000

9. “Borussiya” (Dortmund, Almaniya) – 88,000

10. “Porto” (Portuqaliya) – 86,000

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000

67. “Astana” (Qazaxıstan) – 21,750

68-69. “Feyenoord” (Hollandiya) – 21,500

“Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. “Selta” (İspaniya) - 20,542

“Real Sosyedad” (İspaniya) - 20,542

“Betis” (İspaniya) - 20,542

73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

“Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. “Trabzonspor” (Türkiyə)– 18,000

77. “Dinamo” (Xorvatiya) – 17,500

78-80. “Partizan” (Serbiya) – 17,000

“Everton” (İngiltərə) – 17,000

“Slovan” (Çexiya) – 17,000

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş