Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ardaya şok FETÖ ittihamı



Bir neçə maddə ilə ittiham olunan “Başakşəhər”in futbolçusu Arda Turan daha bir qanun pozuntusunda şübhəli bilinir.

“Hürriyət”in yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinin olub-olmaması araşdırılır.

Arda ilə yanaşı, Türkiyə millisinin sabiq üzvləri Emre Belözoğlu, Okan Buruk və Bülənt Qorxmaz da FETÖ-yə kömək etməkdə şübhəli bilinir. Onların ifadələrinin alınacağı gözlənilir.

Qeyd edək ki, Arda Turan digər qanunsuz əməllərdə də ittiahm olunur. İstanbul Prokurorluğu A.Turanın cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma və qanunsuz silah gəzdirmə ittihamı ilə 3 il 3 aydan 12 il yarıma qədər həbsini tələb edib.


Facebook-da paylaş

Xəbəri paylaş