Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Arda heyətə dönür



"Başakşəhər"in futbolçusu Arda Turanın cəzasının müddəti başa çatıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, baş məşqçi Abdullah Avcı şans verəcəyi təqdirdə, 31 yaşlı yarımmüdafiəçi ölkə çempionatının 9-cu turunda "Kayserispor"la matçda oynayacaq. Amma Türkiyə millisinin üzvü uzun müddətdir oynamadığı üçün onun start heyətdə meydana çıxacağı gözlənilmir.

Qeyd edək ki, A.Turan ötən mövsüm Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda hakimə qarşı intizamsız hərəkət edən A. Turan 16 oyunluq cəzalanmışdı. 31 yaşlı futbolçuya yan xətt hakimini itəlidiyi üçün 10, onu ölümlə hədələdiyi və təhqir etdiyi üçün isə 6 oyunluq cəza verilmişdi. Ancaq sonradan A.Turanın cəzası 10-a endirilmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş