Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ardanın 12 illik həbsi istənilir



"Başakşəhər"in futbolçusu Arda Turan həbs olunacağı gözlənilir. Milli futbolçu barədə İstanbul Cümhuriyyət Prokurorluğu müğənni Berkayla futbolçu arasındakı yaşanan qalmaqalla əlaqədar cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma, qanunsuz silah gəzdirmə, qəsdən yaralama ittihamı ilə futbolçuya qarşı cinayət işi açıb. Bununla bağlı iş məhkəməyə göndərilib.

Qeyd edək ki, prokurorluğun ittihamnaməsində Arda Turanın 12 il yarım, müğənni Berkayın isə 2 ilə kimi həbsi tələb olunub.

Xatırladaq ki, Arda gecə klubunda Berkayın həyat yoldaşına sataşıb. Bundan sonra tərəflər arasında mübahisə düşüb və futbolçu kəllə ilə müğənninin burnunu qırıb. Bundan sonra Türkiyə millisinin üzvü xəstəxanaya gedərək, Berkayı silahla təhdid edib.


Facebook-da paylaş

Xəbəri paylaş