Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İrlandiyada Azərbaycan icması “Qarabağ”ın parlaq qələbəsini qeyd edib



UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün ikinci təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi “Qarabağ” klubu İrlandiyada əzmkar qələbə qazanıb.

BrendSport.az
xəbər verir ki, Dublin şəhərində keçirilən qarşılaşmada Ağdam təmsilçisi İrlandiyanın “Şelburn” komandası ilə üz-üzə gəlib və matçdan inamlı 3:0 hesablı qələbə ilə ayrılıb.

Oyun zamanı stadionda xüsusi ab-hava hökm sürüb. “Qarabağ”a dəstək olmaq üçün tribunada Azərbaycan Respublikasının Birləşmiş Krallıq və İrlandiyadakı səfirliyinin konsulu Kamal Binyətli, Azərbaycanın Dublin şəhərindəki fəxri konsulu Terri Leyden, İrlandiya parlamentinin üzvü Toni MakKormak və ölkədəki Azərbaycan icmasının üzvləri də yer alıb. Onların fəal azarkeşliyi və coşqusu oyuna əlavə ruh qatıb.

AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş