Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov "Qarabağ"ın potensial rəqiblərinin oyununu canlı izləmək üçün Belfasta gedib



"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) komandalarının oyununu izləmək üçün Şimali İrlandiyaya yollanıb.

BrendSport.az
xəbər verir ki, təcrübəli mütəxəssis bu gün Avstriyada təlim-məşq toplanışını başa vuran və Bakıya yola düşən kollektivdə yer almayıb.

Baş məşqçi ilə birgə video-analitik məşqçi Yanuş Vasilyev də qarşılaşmanı stadiondan canlı olaraq izləyəcək.

Qeyd edək ki, Belfastdakı "Windsor Park” stadionundakı matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş