Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Braziliyada oğurlanan keçmiş futbolçu azad edilib


Braziliya millisinin və İspaniyanın "Valensiya" klubunun keçmiş futbolçusu, musiqi konsertində qaçırılan Marselinyo Karioko mülki polis tərəfindən azad edilərək sərbəst buraxılıb.

BrendSport.az
xəbər verir ki, Futbolçu dekabrın 17-də yoxa çıxıb. Mətbuat onun konserti bir qadınla tərk etdiyini xəbər verib. Sonra onun avtomobili hadisə yerindən 25 km aralıda tapılıb. Daha sonra cinayətkarlar onun ailəsi ilə əlaqə saxlayıblar. Onlar futbolçunun sərbəst buraxılması üçün 18 min dollar tələb ediblər.

Bu işlə əlaqədar 1 nəfər şübhəli bilinərək həbs edilib. Karioko sosial şəbəkələrdə yayımlanan videomüraciətində konsertdə münasibət qurduğu qadının ərinin adam oğurluğunda əli olduğunu bildirib.

Qeyd edək ki, 52 yaşlı Karioka “Flamenqo”, “Korintians”, “Valensiya”, “Santos”, “Vasko da Qama” kimi klublarda çıxış edib.
O, 2009-cu ildə yerli "Santo Andre" klubunda çıxış edərək təqaüdə çıxıb.
Avropada "Valensiya" və Fransanın "Ayaçço" komandasındakı çıxışları ilə tanınır. Futbolçu 1998-2001-ci illərdə Braziliya millisində dörd oyun keçirib.


Facebook-da paylaş

Xəbəri paylaş