Benzema Fransanın daxili işlər nazirini məhkəməyə verə bilər
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Kərim Benzema Fransanın daxili işlər naziri Jerald Darmaneni idmançını “Müsəlman qardaşları” təşkilatı ilə əlaqədə ittiham etdiyinə görə məhkəməyə verə bilər.
BrendSport.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.
“Bu yalandır, Kərim Benzemanın heç vaxt bu təşkilatla zərrə qədər də əlaqəsi olmayıb. Biz, məsələn, hökumətimiz üçün çox dəyərli olan informasiyanın manipulyasiyası haqqında qanunu və böhtan və ya hətta ictimai təhqir qanunu rəhbər tutaraq, bu naziri məhkəməyə vermək imkanını nəzərdən keçiririk. Çünki onun bəhs etdiyi “Müsəlman qardaşları” ilə mövcud olmayan bu əlaqə mənim müvəkkilimi açıq-aşkar nüfuzdan salır. Ölkəni idarə edənlərin məqsədəuyğunluq naminə hər şeyi etməyə icazə verilməsini hesab etməsi qəbuledilməzdir”, - fransalı hücumçunun vəkili Hyuq Vijye diqqətə çatdırıb.
Xatırladaq ki, ötən gün Fransanın daxili işlər naziri Jerald Darmanen “CNEWS” telekanalına müsahibəsində Benzemanın Qəzza zolağının sakinlərinə dəstək postuna reaksiya verərək, idmançının, “hamının bildiyi kimi, Müsəlman Qardaşları ilə əlaqələri olduğunu” söyləyib.
Facebook-da paylaş