Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Hakken”in futbolçuları “Qarabağ”la oyunun hakimindən narazılıq ediblər





İsveçin “Hakken” klubunun futbolçuları UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçirilən ev oyunundan sonra hakimlikdən narazılıq ediblər.

BrendSport.az
xəbər verir ki, kapitan Samuel Qustafson, yarımmüdafiəçi Mikkel Riqard və hücumçu Amor Layuni 12-ci dəqiqədə baş verən epizodda avstriyalı referi Sebastian Qishamerin penalti təyin etməməsindən şikayətləniblər.

Hər üç futbolçu Julio Romaonun həmin anda Mikel Ryuqoru cərimə meydançası daxilində kobudluqla dayandırdığını iddia edib.

Amor Layuni: “Aşkar penalti idi, kobudluq cərimə meydançası daxilində olmuşdu. Bu epizodu görəndə əsəbiləşirəm. “Bayer 04” ilə Almaniyadakı oyunda da eyni hal olmuşdu. VAR-da yoxlamayacaqlarsa, bu sistem nəyə lazımdır?”
Samuel Qustafson: “Hiss edirəm ki, cərimə xətt üzərində idi. Buna niyə penalti verilmədi, başa düşə bilmirəm. Bu cür matçlarda bir qol həlledici olur. Hakimə səhv etdiyini dedim, o isə mənə susmağımı bildirdi”.
Mikel Ryuqor: “VAR sistemindən istifadə edirlərsə, qərar da düzgün olmalıdır. “Qarabağ”la görüşdə bunu görmədik. Bu qərar biabırçılıq idi. Rəqib ayağıma cərimə meydançası daxilində vurdu. Bu, təkrardan da görünür”.

Qeyd edək ki, səfərdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” yer aldığı H qrupunda xallarının sayını 6-ya yüksəldib.


Facebook-da paylaş

Xəbəri paylaş