Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Doğma klubu Pelenin şərəfinə formasına tac taxacaq

Doğma klubu Pelenin şərəfinə formasına tac taxacaq


Braziliyanın “Santos” futbol klubu əfsanəvi oyunçu, üçqat dünya çempionu Pelenin şərəfinə komandanın formasına tac taxacaq.


BrendSport.az
xarici KİV-lərə istinadla xəbər verir ki, klub futbolçunun səhhətinin kəskin dərəcədə pisləşməsi ilə bağlı xəbərlər fonunda ona hörmət əlaməti olaraq bu qərara gəlib.
“Santos” 2023-cü ildə iki ulduz və nişanın üstündəki tacla oynayacaq”, - deyə klubun məsləhət şurasının rəhbəri bildirib.
Qeyd edək ki, 82 yaşlı futbol ulduzuna respirator infeksiyası diaqnozu qoyulub. Dekabrın 22-də San-Pauludakı klinikanın mətbuat xidməti Pelenin səhhətinin pisləşməsi ilə bağlı açıqlama yayıb. Daha sonra mətbuatda yaxınlarının Pele ilə vidalaşmağa başladığı, Braziliyada isə dünya futbol əfsanəsinin səhhətinin ciddi şəkildə pisləşməsi ilə əlaqədar dəfn mərasiminə hazırlıqların başlandığı barədə məlumatlar yayılıb.
Qeyd edək ki, əfsanəvi futbolçu 1956-1974-cü illərdə “Santos”da çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş