Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bakıda paracüdo üzrə Qran-Pri keçirilə bilər



Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.

BrendSport.az xəbər verir ki, təqvimə əsasən, bu ilin 13-19 noyabr tarixlərində paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplantısı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.

Eyni zamanda 2021-ci ilin may ayında Bakıda paracüdo üzrə Qran-Pri yarışların keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib.

Qeyd edək ki, 2021-ci il may ayında keçiriləcək Qran-Pri “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Xatırladaq ki, cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar bu gün dünyada tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.


Facebook-da paylaş