Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri yarışlarının loqosu və medalları təsdiqlənib




Mayın 11-12-də Bakıda paracüdo üzrə dünya kuboku yarışları keçiriləcək.

BrendSport.az xəbər verir ki, ölkəmizdə ikinci dəfə keçiriləcək bu mötəbər yarışda 40-dan artıq ölkədən 400-ə yaxın idmançı iştirak edəcək.

Yarış “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır. Turnirdə kişilər 60, 66, 73, 81, 90, 100 kiloqram və 100 kiloqramda yuxarı, qadınlar isə 48, 52, 57, 63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Qaliblərə təqdim olunacaq medalların nümunələri artıq təsdiq olunub. Turnirin loqosu da müəyyənləşib.

Qran-Pridə iştirak edəcək Azərbaycan milli komandasının heyəti aprelin sonunda elan olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş