Qran Pri yarışı beynəlxalq səviyyədə böyük əks-sədaya səbəb olub
May ayında Bakıda keçirilmiş para cüdo idman növü üzrə Qran Pri yarışı beynəlxalq səviyyədə böyük əks-sədaya səbəb olmuşdur.
BrendSport.az xəbər verir ki? İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyasının pezidenti cənab Sandro Di Cirolamo Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova təşəkkür məktubu gödərmişdir. O, məktubda may ayında Bakıda keçirilmiş para cüdo idman növü üzrə Qran Pri yarışının Dünya səviyyəsində əhəmiyyətli bir hadisə olduğunu qeyd edərək, gözəl Bakı şəhərində səmimiyyətlə qarşılandıqlarına və mehriban qonaqpərvərliyə görə Federasiyasının adından dərin təşəkkürünü bildirərək, ölkəmizdən xoş təəssüratlarla ayrıldıgını qeyd etmişdir.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən Qran-Pri yarışında 35 ölkədən 214 cüdoçu 13 dəst medal uğrunda mübarizə aparmışdır. Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb. Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 4 bürünc medalla komanda hesabında ikinci yeri tutmüşdur.
Facebook-da paylaş