Vahid Nouri: Ən böyük arzum Paralimpiya çempionu olmaqdır
Bakıda keçirilən Qran-Pri turnirində bu qədər güclü idmançıların mübarizə aparacaqlarını gözləmirdim. Qran-Priyə ciddi hazırlaşmışdım və bunun nəticəsini gördüm. Bu yarışın qardaş ölkədə keçirilməsi məni daha da ruhlandırdı. Bakıda Qran-Pri yüksək səviyyədə təşkil olunub. Heydər Əliyev adına İdman Sarayı bu yarış üçün çox möhtəşəm hazırlanıb.
BrendSport.az xəbər verir ki, Bu sözləri Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında 90 kiloqram çəki dərəcəsində qızıl medal qazanan İran idmançısı Vahid Nouri AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Turnirdə iştirakından danışan Vahid Nouri qeyd edib: “Ay yarım idi ki, gecə-gündüz bu turnirə hazırlaşırdıq. İrandan xeyli sayda cüdoçu Qran-Priyə qatılmağa can atırdı. Sevinirəm ki, bu mötəbər turnirdə iştirak etmək mənə də qismət oldu. Ən böyük arzum Paralimpiya çempionu olmaqdır”.
Xalqımızın qonaqpərvərliyindən məmnunluqla danışan iranlı idmançı deyib: “Artıq neçə gündür ki, Bakıdayıq. Burada təhlükəsizliklə bağlı heç bir problemimiz olmayıb. İdmançı yoldaşlarım ölkəniz haqqında danışarkən həmişə deyiblər ki, Azərbaycan bizim ikinci vətənimizdir”.
Facebook-da paylaş