Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ötən ay karateçilərimiz üçün uğurlu olub



Ötən ayın 23-25 avqust tarixlərində Türkiyənin Rizə şəhərində karate-do üzrə beynəlxalq turnir keçirilib. Yarışda 12 ölkədən 1500-dən çox idmançı mübarizəyə qatılıb.

Nazirlikdən BrendSport.az saytına verilən məlumata görə, turnirə Fövqəladə Hallar Nazirliyinin komandası İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında 3 gənc idmançımız qatılaraq yüksək nəticələr əldə etmişlər.

Komandanın üzvü Fatma Hacıyeva 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 5 döyüş keçirib və bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandanın digər üzvü Əli Səfərov isə 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 6 görüş keçirərək yarışın gümüş medalına layiq görülüb.

Yarışdan sonra Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançıları qəbul edərək, onları qazandıqları bu nailiyyətlərə görə təbrik etmiş və gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

23-24 avqust 2019-cu il tarixlərində isə Yaponiyanın paytaxtı Tokio şəhərində karate-do üzrə 14-cü Dünya çempionatı keçirilib. Çempionata 52 ölkədən 750 idmançı, o cümlədən ölkəmiz adından Fövqəladə Hallar Nazirliyinin komandasının ənənəvi Karate-Do Federasiyasının rəhbəri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İdman qəza-xilasetmə kafedrasının rəisi VII dan qara kəmər sahibi, professor Əhməd Hətəmovun rəhbərliyi altında 3 idmançımız, 65 kq çəki dərəcəsində İmran Quluzadə, -74 kq çəki dərəcəsində Mehman Eynalov və +75 kq çəki dərəcəsində Fuad Əliyev mübarizəyə qatılaraq təmsil etmişdir.

İdmançılarımız dünya çempionatında ölkəmizi uğurla təmsil edərək, +75 kq çəki dərəcəsində Fuad Əliyev çempionatın qızıl, -74 kq çəki dərəcəsində Mehman Eynalov isə gümüş medalına sahib olmuşdur.

Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev Dünya çempionatında fəxri pillələrə yüksəlmiş idmançıları qəbul edərək, onları qazandıqları bu nailiyyətlərə görə təbrik etmiş, gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır.
Görüşün sonunda Füzuli Musayev idmançılarla xatirə şəkilləri çəkdirmişdir.















Facebook-da paylaş

Xəbəri paylaş