Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ümidverici 11 qarşılaşma və “Qarabağ”la oyundakı antirekord



Çempionlar Liqasının 2018/19 mövsümünün final oyununu qəbul edəcək Madridin “Metropolitano” stadionu ilə bağlı müzakirələr səngimir. İspaniya mətbuatı böyük vəsaitlər hesabına inşa olunan yeni arenanın özünü nə dərəcədə doğrultduğunu hər cəhddə araşdırır.

Həmkarlarımızın məsələyə statistik baxışı da stadionun xərcləri ödəyəcəyi ilə bağlı nikbin düşüncələrə əsas verib. İspaniyalılar cəmi 11 matça ev sahibliyi edən idman qurğusunun azarkeşlər hesabına gəlirlər gətirəcəyini də ehtimal edir.

Düzdü, araşdırmalar bəzi antirekordları da ortaya qoyub. Ev matçlarını öz doğma stadionunda keçirən “Atletiko” Çempionlar Liqasında 3, Primerada 7, ölkə kubokunda 1 matçı yeni arenada oynayıb.

İspanlar turnirlər üzrə ən az seyrçi yığan qarşılaşmaları da müəyyənləşdirib. Avrokubok görüşlərində ən az tamaşaçı toplayan oyun Azərbaycan çempionu “Qarabağ”a qarşı olub. Həmin matçda 55 min 893 azarkeş arenaya təşrif buyurub.

Ölkə çempionatında daha aşağı rəqəmə də təsadüf olunub. “Alaves”lə görüşdə 49 min 937 tamaşaçı “Metropolitano”ya baş çəkib. Ölkə kubokunun yeganə qarşılaşmasında isə bu rəqəm 46 min 723-ə bərabər olub. Baxmayaraq ki, 1/16 finalda rəqib aşağı dəstə təmsilçisi “Elçe” idi.

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş