Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bakı-2021”: Kişi və qadın batutçular arasında fərdi proqram üzrə yarımfinalçılar müəyyənləşib

“Bakı-2021”: Kişi və qadın batutçular arasında fərdi proqram üzrə yarımfinalçılar müəyyənləşib

Bakıda təşkil olunan dünya çempionatında kişi və qadın batutçular arasında fərdi proqram üzrə yarımfinalçılar müəyyənləşib.
BrendSport.az xəbər verir ki, həm kişilər, həm də qadınların təsnifat yarışında ilk 24 pillədə qərarlaşan idmançılar növbəti mərhələyə adlayıblar.
Kişi və qadın batutçular arasında fərdi proqram üzrə yarımfinal yarışları noyabrın 20-də keçiriləcək.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.


Facebook-da paylaş

Xəbəri paylaş