Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Bakı Şəhər Halqası” kimsəsiz uşaqları sevindirib



Formula-1 yarışlarının Azərbaycanda təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) kimsəsiz uşaqlar üçün şənlik keçirib.

BŞH Akademiyasında baş tutan tədbirdə 60-dan çox kimsəsiz uşaq iştirak edib. Şənliyin keçirilməsində məqsəd ölkədə kimsəsiz uşaqlara yaxından qayğı göstərmək və bu yolla onların vətənə layiqli gənclər kimi yetişməsinə töhfə verməkdir.

Tədbirdə çıxış edən BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova hamını kimsəsiz uşaqlara dəstək göstərməyə çağırıb: “Bildiyiniz kimi, “Bakı Şəhər Halqası” ölkədə xeyriyyə işlərinə hər zaman dəstək göstərir. Bu, şirkətimizin əsas dəyərlərindən biridir. Bu gün biz kimsəsiz uşaqları akademiyamıza dəvət edərək onlara öz qayğımızı göstərmək istədik”.

“BŞH Akademiyası gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynamaqdadır. Uşaqlar bizim gələcəyimizdir və onların ölkəyə layiqli gənclər kimi yetişməsində biz də hər zaman əlimizdən gələni etməyə hazırıq. BŞH gələcəkdə də belə sosial aksiyalar keçirməyə davam edəcək və fürsətdən istifadə edərək hər kəsi belə gözəl tədbirlərə qoşularaq kimsəsiz uşaqlara lazımi dəstəyi göstərməyə dəvət edirəm”, - deyə İ.Əhmədova bildirib.


Facebook-da paylaş