Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



Qurban Qurbanov: "Qalatasaray"la matç üçün digər klublardan futbolçu götürə bilərik"



"Qarabağ" klubu "Qalatasaray"la keçiriləcək xeyriyyə matçı üçün Premyer Liqamızda çıxış edən digər komandalardan oyunçular dəvət edə bilər.

BrendSport.az
xəbər verir ki, bunu "ARB 24"ə açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, xeyli futbolçusu milli komandaların düşərgəsində olacağından bu addımı ata bilərlər: "Oyunçu baxımından bir az ehtiyatlanmaq istəyirəm. Çünki oyunçularımızın sayı yetəri qədər deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. Ola bilər ki, "Qalatasaray"la matç üçün digər klublarımızdan 2-3 futbolçu götürək. Bunun üçün klublardan xahiş edə bilərik. Yəni, hansı mövqeyimizdə çatışmazlıqlar, problemlər olacaq, onun üçün edəcəyik. Razılıq versələr, dəyişiklik mümkündür".

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş