“Qarabağ”ın kapitanı: “Qalatasaray” ilə oyuna əsas heyətlə çıxa bilməyəcəyik
“Qarabağ” klubunun Türkiyənin “Qalatasaray” komandası ilə keçirəcəyi xeyriyyə xarakterli yoldaşlıq oyunu maraqlı olacaq.
BrendSport.az xəbər verir ki, bunu martın 14-də jurnalistlərə müsahibəsində Ağdamın “Qarabağ” klubunun kapitanı Maksim Medvedev deyib.
Müdafiəçi bildirib ki, hamı bu matçı səbirsizliklə gözləyir. “Nəhayət ki, bu görüş baş tutacaq. İndidən hamı mənə yazır ki, biletləri hazırla, gələcəyik. “Qalatasaray” ilə oyuna əsas heyətlə çıxa bilməyəcəyik. Çünki milli komandalara çağırılan futbolçular meydanda olmayacaqlar. Ancaq əsas odur ki, “Qalatasaray” kimi komanda bizimlə yoldaşlıq görüşü keçirəcək. İnanıram ki, bu qarşılaşmanın baş tutması hamını məmnun edəcək”, - deyə kapitan vurğulayıb.
Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.
Facebook-da paylaş