Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Həmyerlilərimin qələbəsi ikiqat sevincdir"

"Həmyerlilərimin qələbəsi ikiqat sevincdir"

Teymur Alıyev 9 sentyabr 1987-ci ildə Gürcüstanın Telavi Qaradjala bölgəsində anadan olub. Hazırda Rustavi İdman Departamentinin direktor müavinidir. Yaşadığı bölgədə səmimi, xeyriyyəçi insan kimi tanınan Teymur müəllim, Rustavi taekvondo məktəbinə daim dəstək olur. Onunla qısa həmsöhbət olduq.

- Teymur müəllim, idmana daim dəstək olduğunuzu bilirik. Xüsusən də taekvondoya. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Birinci növbədə Azərbaycanda yaşayan, dostlarımız olan hörmətli media işçilərinə və qurumlarına salam olsun deyirəm. Bizləri, yəni Vətəndən uzaqda olan soydaşlarınızı diqqətdə saxlayırsınız. Fikrimcə bu, təqdirəlayiq işdir və buna görə sizlərə təşəkkrü edirik.

Bildiyiniz kimi, son illərdə Azərbaycanda olduğu kimi, Gürcüstanda da idman sürətlə inkşaf edir. Gürcüstanın idman sahəsində əldə etdiyi uğurlarda biz azərbaycanlıların da müstəsna rolu var. İki dövlətin dostluq və əməkdaslığı idmana da öz təsir göstərir və bir departament nümayəndəsi kimi məni çox sevindirir. Hər dəfə yarışlarda qaliblər arasında azərbaycanlı adı görəndə qürurlanıram. Taekvondo isə mənim üçün xüsusi mövzudur. Maşallah, taekvonduçularımızın nəticələri mən deyərdim ki, superdir. Məşqçi Elimşan müəllim bizim fəxrimizdir. Bu baxımdan da ona dəstək olmaq bizim borcumuzdur. Onun tələbələri bütün Gürcustanın fəxridir.

- Özünüzün idmana olan marağınız barədə nə deyərdiz?

- İdman mənim peşəmdir. Bu sahənin idarəedici heyəti kimi mənim də məsulliyətim heç də məşqçilərdən az deyil. Hər bir turnir bizi də daxilən həyacanda saxlayır. Qələbənin sevinci isə bizi daha da ruhlandırır. Ancaq qeyd etməliyəm ki, mənim üçün həmyerlilərimin qələbəsi isə ikiqat sevincdir.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş