Beşqat Gürcüstan çempionu
Elimşan Talıbov Gurcustanın Respublikasının Rustavi səhərindəndir. 1996-cı ildən taekvondo ilə məşğul olur. Məşqçisi Azərbaycan Taekvondo Federasiyasının tanınmış məşqçilərindən olan Əvəz müəllimdir.
Elimşan taekvondo üzrə Gürcüstanın beşqat çempionudur. Hazırda qonşu ölkədə 120 gənc və yeniyetmələrə bu idman növünün sirlərini aşılayır. Məşq zamanı tələbələrindən iki nəfər - Baco Tuxasvili və Merabi Barnovaşvili ona köməklik edir.
Elimşan müəllim beynalxaqla turnirlərin qalibi və II dan qara kəmər sahibidir. Rustavi şəhər taekvondo məktəbinin baş məşqçisidir.
Gördüyü bütün işlərdə ona Rustavi Sport Departamentindən Baco Xacidze və departamentin sədr müavini Badri muəllim dəstək olurlar.
Bu günlərdə Ağcəbədi rayonunda keçirilən beynalxalq turnirdə Elimşan müəllimin yetirməsi İsrafil Həsənov 61 kq çəki dərəcəsində ikinci yerə layiq görülüb.
Tələbəlirindən Aqil Əhmədov, Qrirqi Bostonoğaşvili, Nika Sirace, Rati Tepnadze və Saba Vartasaşvili Gürcüstanda tanınmış taekvondoçudular.
Alxas Məmmədov
Facebook-da paylaş