Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“İstənilən şəraitdə gərək özünü ələ almağı bacarasan”



"Şəhriyarla dəfələrlə müxtəlif yarışlarda qarşılaşmışıq. Son zamanlar oyunumuz heç-heçə yekunlaşır”. Bunu azərbaycanlı qrossmeyster Teymur Rəcəbov deyib.

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində VII tur davam edir. Hesabat turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb.

Partiyadan sonra Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: “Şəhriyarla heç-heçələrin sayını bilmirəm. Çünki statistikayla maraqlanmıram. Adətən rəqibə qarşı hazırlaşırıq. Onunla uzun illər Azərbaycan millisində çıxış edirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Əlbəttə bəzən mötəbər yarışlarda rəqib oluruq, amma bu bizim münasibətə mane olmur".

Teymur Rəcəbov, eyni zamanda bəzən şahmatda rəqibin məğlubiyyəti qəbul etməməsi barədə danışıb: "Şahmatda bəzən məğlub tərəf nəticəni qəbul edə bilmir. Hansı turnir olduğu yadımda deyil, bir dəfə qələbə qazanandan sonra məğlub olan rəqibim göz yaşlarını saxlaya bilmədi. Bu hal mənə çox pis təsir etdi. Qələbə qazananda sevindiyin kimi məğlubiyyət zamanı pis olursan. İstənilən şəraitdə gərək özünü ələ almağı bacarasan". (Apasport)


Facebook-da paylaş

Xəbəri paylaş