Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bu idmançılarla sabaha döyüşçü hazırlayırıq"



Samir Quliyev 1992-ci ildə Ağcabədi rayonunda anadan olub. 2010-cu ildə M.F.Axundov adına şəhər 3 saylı orta məktəbi bitirib. 1999-cu ildən taekvondo idman növü üzrə məşqlərə başlayıb.

Azərbaycan Taekvondo Federasiyasının tanınmış məşqçi-müəllimləridən Tapdıq Əkbərovun tələbəsdir. Samir məşqlərə başladığı ilk gündən Tapdiq müəllimin ümidlərini doğruldaraq respublika səviyyəli turnirlərə vəsiqə qazanıb.

Əvvəlcə respublika mükafatçısı olan Samir, sonradan respublika spartakiyadasının da mükafatçıları sırasına qoşulub. Artıq taekvondo üzrə II dan qara kəmər sahibidir.



Bu illər ərzində bir çox uğurlar qazanan Samir artıq 6 ildir ki, "Laçın" komandasının məşqçi-müəllimidir. Onun yetirmələrindən Şiraslan Budaqov və Vüsal İsayev respubilka səviyyəli tutrinrlərdə mükafata layiq yerlər tutublar.

Samir Ağcabədi rayonunda idmanımıza göstərilıən qayğı və gələcək planları barədə danışdı:

Vaxtilə respublika yarışlarında idmançı kimi çıxış etmişəm. İndi isə məşqçiyəm və tələbələrimdən əsl döyüşcu olmağı tələb edirəm. Bütün uğurlarıma görə məşqcilərimə borcluyam. Rayonda Gənclər və İdman İdarəsinə və xüsusi olaraq Laçın və Ağcabədi rayon İcra Hakimiyyətlərinə öz minnətdarlığımı bildirirəm. Laçın rayonu işğal altında olan bir torpağımızdır. Biz də bir növ bu idmançılarla sabaha döyüşçü hazırlayırıq. Ən böyük arzum da Laçında taekvondo üzrə beynəlxalq yarış təşkil etməkdir.



Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş