Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mənim həyatım taekvondo ilə bağlıdır”



Bu gün respublikamızdan kənarda milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan şifahi xalq ədəbiyyatında, dastanlarda, nağıllarda, poeziya nümuunələrində "Vətən-qürbət" mövzusu bu gün də mühüm yer tutur. Mənəvi köklərə söykənən bu insanlar bu gün də Azərbaycanla mütəmadi əlaqə saxlayaraq, ölkəmizin hər sahədə inkişaf etməsinə öz töhfələrini verirlər.

BrendSport.az saytı xəbər verir ki, belə insanlardan biri də Almaniyada yaşayan Qüdrət Kərimovdur.

Qüdrət Kərimov 1989-cu ildə Süleyman müəllimin yanında taekvondo idman növü ilə məşqlərə başlayıb. Artıq 1990-cı ildə Azərbaycan çempionatının ikincisi olub.

Sonralar dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 1992-ci ildə “Ocaq” cəmiyyətində məşqçilik fəaliyyətinə başlayıb. Artıq 1994-cü ildə yetirmələri respublika yarışlarında öz hünərlərini göstərməyə başladılar.

2007-ci ildən Almaniyada yaşayır. 2008-2010-cu illərdə “Sportşule” Asiyada, 2010-2015-cu illərdə “Taekvondo Team” Düsseldorfda məşqçi işləyıb.

2010-cu ildən “NRW” Şimali Reyn Vestfaliya əyalətinin Taekvondo Birliyinin “A” kateqoriyalı hakimidir.

2015-ci ildə “Sportakademie Karimov” İdman Klubunun yaradıblar. Qüdrət müəllim VI dan qara kəmər sahibidir.

Almaniyada “NRW” üzrə bir neçə klubun imtahanlarını qəbulu da ona həvalə edilib.

2014-cü ildə "Azərbaycan" mədəniyyət və idman dərnəyini yaradıb. Bu dərnəyin ətrafında yüzdən çox ailə toplanıb. Dərnəkdə uşaqlar üçün dərsdən sonra hazırlıq, alman dili kursları, “Ebru” və “Qafqaz” rəqsləri kursu verilir.

Qüdrət müəllim deyir ki, “Qürbətdə olmaq o demək deyil ki, sevdiyin işi görməyəsən. Mənim həyatım taekvondo ilə bağlıdır. Onsuz mən yaşaya bilmərəm. Bütün Azərbaycana, azərbaycanlı idmançılara, xüsusilə taekvondoçularımıza uğurlar arzulayıram.”

Vahid İsmayılov






Facebook-da paylaş

Xəbəri paylaş