Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: “Qalatasaray” uduzsa da, 1/8 finala yüksəlib



UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub. Bununla da 1/8 finalın bütün iştirakçıları bəlli olub.

Son olaraq, İtaliyanın “Atalanta”, İspaniyanın “Real Madrid”, Türkiyənin “Qalatasaray” və Fransanın PSJ klubları növbəti mərhələyə adlayıblar.

İlk oyunda “Yuventus”a 5:2 hesabı ilə qalib gələn “Qalatasaray” səfərdə məğlub olsa da, iki görüşün nəticəsinə (7:5) əsasən, 1/8 finala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

21:45. "Atalanta" (İtaliya) - "Borussiya Dortmund” (Almaniya) – 4:1

İlk oyun - 0:2

00:00. PSJ (Fransa) - "Monako" (Fransa) – 2:2

İlk oyun - 3:2

00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) – 3:2

İlk oyun - 2:5

00:00. "Real Madrid" (İspaniya) - "Benfika" (Portuqaliya) – 2:1

İlk oyun - 1:0

Qeyd edək ki, daha əvvəl "Atletiko Madrid" (İspaniya), "Bayer" (Almaniya), "Budyo Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala yüksəliblər.


Facebook-da paylaş

Xəbəri paylaş