Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qalatasaray” uduzsa da, 1/8 finala yüksəlib
Çempionlar Liqası: “Qalatasaray” uduzsa da, 1/8 finala yüksəlibBu gün, 03:00 |
![]() UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. BrendSport.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub. Bununla da 1/8 finalın bütün iştirakçıları bəlli olub. Son olaraq, İtaliyanın “Atalanta”, İspaniyanın “Real Madrid”, Türkiyənin “Qalatasaray” və Fransanın PSJ klubları növbəti mərhələyə adlayıblar. İlk oyunda “Yuventus”a 5:2 hesabı ilə qalib gələn “Qalatasaray” səfərdə məğlub olsa da, iki görüşün nəticəsinə (7:5) əsasən, 1/8 finala vəsiqə qazanıb. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 21:45. "Atalanta" (İtaliya) - "Borussiya Dortmund” (Almaniya) – 4:1 İlk oyun - 0:2 00:00. PSJ (Fransa) - "Monako" (Fransa) – 2:2 İlk oyun - 3:2 00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) – 3:2 İlk oyun - 2:5 00:00. "Real Madrid" (İspaniya) - "Benfika" (Portuqaliya) – 2:1 İlk oyun - 1:0 Qeyd edək ki, daha əvvəl "Atletiko Madrid" (İspaniya), "Bayer" (Almaniya), "Budyo Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala yüksəliblər. Geri qayıt |