Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın futbolçusu karyerasını Ukraynada davam etdirə bilər



“Qarabağ”ın ukraynalı futbolçusu Aleksey Kaşuk karyerasını vətənində davam etdirə bilər.

BrendSport.az
xəbər verir ki, yarımmüdafiəçi Ukrayna Premyer Liqasının klublarından birinin maraq dairəsinə düşüb. Oyunçu ilə hansı komandanın maraqlandığı açıqlanmayıb. Onun əvvəlcə icarəyə veriləcəyi, müqaviləsinə isə sonradan birdəfəlik keçidi təmin edən bəndin daxil ediləcəyi ehtimal olunur.

Kaşuk 2024-cü ildən “Qarabağ”ın formasını geyinir. O, bu müddətdə Azərbaycan çempionatında 67 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu 1 qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin görüşlərin yalnız birində start heyətində yer alıb.


Facebook-da paylaş

Xəbəri paylaş